×
A
A
A
Sazlamalar

Çarter reysi ilə 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib

Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

Nəqliyyat 2020-05-27 19:26:00