×
A
A
A
Sazlamalar

Kambocanın Kralı Norodom Sihamonidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edərək, Sizə cansağlığı, ölkənizin vətəndaşlarına firavanlıq arzulayıram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.
Ən yüksək ehtiramla,

 

Norodom Sihamoni
Kambocanın Kralı

Məktublar 2020-05-27 14:08:00