×
A
A
A
Sazlamalar

Ziya Bünyadov prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri görülür

Bakı, 27 may, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili məqsədilə Ziya Bünyadov prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir. Sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəqliyyat 2020-05-27 12:42:00