×
A
A
A
Sazlamalar

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevdedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Eyni zamanda, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlərin qarşıdan gələn illər ərzində güclənməkdə davam edəcəyinə əminliyimi ifadə edirəm.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,

 

Sahle-Vork Zevde 

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

Məktublar 2020-05-26 21:26:00