×
A
A
A
Sazlamalar

“28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı" adlı videokonfrans keçiriləcək

Roma, 26 may, AZƏRTAC
28 may - Respublika Günü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və İtaliyanın “Askanews” xəbər agentliyinin media tərəfdaşlığı ilə mayın 27-də Roma vaxtı ilə saat 16.00-17.00-də "28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı" adlı videokonfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Askanews” xəbər agentliyinin xarici əlaqələr redaksiyasının rəhbəri jurnalist Orietta Moskatellinin moderatorluğu və bu ölkədəki səfirimiz Məmməd Əhmədzadənin iştirakı ilə keçiriləcək videokonfransda İtaliya Respublikasının Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin təbrik ismarıcı səsləndiriləcək, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio di Stefano, İtaliya-Azərbaycan Parlamanetlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, TAP layihəsinin sərmayədarlarından olan “Snam S.p.A” şirkətinin baş icraçı direktoru Marko Alvera, İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi, "Luiss Guido Carli" Universitetinin vitse-prezidenti Paola Severino ilə canlı videobağlantı yaradılacaq.
Videokonfransı səfirliyin kanalları ilə izləmək olar.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Siyasət 2020-05-26 17:13:00