ADU-nun Konfutsi İnstitutundan həkimlərə dəstək layihəsi
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu pandemiyaya qarşı mübarizə aparan Azərbaycan və Çin həkimlərinə dəstək məqsədilə "Çinin ənənəvi musiqisi" adlı onlayn-layihənin reallaşdırılmasını davam etdirir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Şəbnəm Məmmədova və Nuranə Seyidəliyeva növbəti konsert proqramı çərçivəsində məşhur Çin mahnılarını ifa ediblər. Onlar həmçinin tarixi ənənələri, quruluşu, xüsusi mövzuları, obrazları və janrları olan Çin xalq mahnılarının müxtəlifliyi və bədii məziyyətlərindən danışıblar.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin musiqi əlaqələrinin tarixindən danışaraq, Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkil etdiyi Azərbaycan incəsənət ustalarının Çində konsertlərinin keçirildiyini xatırladıb.
ADU-nun tələbələrinin çıxışlarından ibarət canlı yayımlar, eyni zamanda, Konfutsi İnstitutunun “facebook” səhifəsində də təqdim edilib.
“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub
AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik
Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib