Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər
Bakı, 26 may, AZƏRTAC
İtaliyanın “Yuventus” klubunun braziliyalı futbolçusu Duqlas Kosta tez-tez aldığı zədələr səbəbindən karyerasını bitirməyi düşündüyünü etiraf edib. Bu haqda “Football Italia” nəşri xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, D.Kosta 2017-ci ildən “Yuventus”un şərəfini qoruyur. Bu müddət ərzində futbolçu 9 dəfə zədələnib. Mənbənin bildirdiyinə görə, yarımmüdafiəçi ümumilikdə zərərlərini bərpası üçün 300 gün meydanlardan uzaq qalıb.
“Elə vaxtlar olur ki, eyni səviyyədə oynaya biləcəyimi düşünürəm. Meydana çıxıram və tez-tez zədələnirəm. Sonra televizor vasitəsi ilə futbolu izləyib başa düşürəm ki, bu həzdən uzağam. Müəyyən mütəxəssislərə müraciət etməli oldum, çünki kənardan olan daimi söhbətlərdən əsəbləşirəm. Ən yaxşı olmaq üçün potensialım var, amma bu çətinliklər hədəfimə çatmağa imkan vermir”, – deyə Kosta bildirib.
İyirmi doqquz yaşlı futbolçu Turin təmsilçisinin heyətində 90 oyuna meydana çıxıb, 9 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı iki dəfə İtaliya çempionu, bir dəfə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi adı qazanıb.
D.Kosta bundan əvvəl Braziliyanın “Gremio”, Ukraynanın “Şaxtyor” və Almaniyanın “Bavariya” klublarında çıxış edib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir