Zlatan İbrahimoviç məşq zamanı zədələnib
Bakı, 26 may, AZƏRTAC
İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç məqş zaman əzələsini zədələyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, zədənin dərəcəsi tibbi müayinənin nəticələrinə görə təyin ediləcək. Klub 39 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağından ehtiyat edir. Əvvəllər bənzər zədə üzündən isveçli futbolçu yanvar ayında bir sıra oyunlarda komandasına kömək edə bilməmişdi.
Z.İbrahimoviç ilə “Milan” klubu ilə arasındakı hazırkı razılaşma bu ilin yayına kimi nəzərdə tutulur. O, bu mövsüm 10 oyunda meydana çıxıb, dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Zlatan bundan əvvəl 2010-cu ildən 2012-ci ilə qədər “Milan”nın şərəfini qorumuşdu. Milan təmsilçisi ilə İtaliya çempionu (2011) və ölkənin Super Kubokunun sahibi (2011) olub. Karyerası boyunca İbrahimoviç Hollandiyanın “Ajax”, İtaliyanın “İnter”, İspaniyanın “Barselona”, Fransanın “Paris Sen-Jemen” və İngiltərənin “Mançester Yunayted” komandalarında çıxış edib.
Ulduz futbolçu İsveç millisinin heyətində 116 oyun keçirən yeganə isveçlidir. Milli komandanın heyətində ən çox qol vuran futbolçu kimi də tarixə düşüb (62 qol).
Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib
Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib
Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub