×
A
A
A
Sazlamalar

Belarusda koronavirusa yoluxanların sayı 40 minə yaxınlaşır

Minsk, 26 may, AZƏRTAC

Belarusda, ümumilikdə, 38 min 59 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, onlardan 15 min 86 nəfəri tam sağalaraq evə buraxılıb, 208 nəfər isə həyatını itirib.
İndiyədək Belarusda koronavirusla bağlı 473 minə yaxın test aparılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Dünya 2020-05-26 14:55:00