“Vikipediya”da ölkəmizlə bağlı polyak dilində məqalələr yaradılacaq
Bakı, 25 may, AZƏRTAC
Polşada Azərbaycan Diaspor Təşkilatının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının onlayn “Vikipediya” təlimlərində iştirak edib.
Polşada Azərbaycan Diaspor Təşkilatının sədri Fərid Cəfərli AZƏRTAC-a bildirib ki, “Vikipediya”da polyak dilində məqalələrin yaradılması zərurətə çevrilib.
“Fəridə Əliyeva bizim intellektual, vətənpərvər üzvlərimizdəndir. Onun kimi gənclərimizin sayəsində “Vikipediya”nın polyak dil bölməsində Azərbaycanla bağlı məqalələrin zənginləşdiriləcəyinə inanıram. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə təşəkkür edirəm ki, onlayn təlimlərin keçirilməsinə imkan yaradırlar. Əsas məqsədimiz Azərbaycan informasiya təbliğatına töhfə verməkdir”, - deyə Fərid Cəfərli qeyd edib.
Mərkəzi Elmi Kitabxananın təlimçisi Fehruz Rzayevin Fəridə Əliyevanın onlayn “Vikipediya” təlimlərinə böyük marağının olduğunu vurğulayıb.
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi