Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lənkəranda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir

Lənkəran, 23 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə rayonda yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri aparılır.
Pandemiya mənbələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı dezinfeksiya işləri görülür.
Dezinfeksiya işləri “Lənkəran sərnişin” ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır.
Ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçün mayın 23-də Lənkəran şəhərində əhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salununda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar paylanılıb.

Regionlar 2020-05-23 17:40:00