Mal-qara və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır
Kürdəmir, 23 may, AZƏRTAC
Kürdəmir rayonunda mal-qara və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Kürdəmirdə 61 min başdan çox iribuynuzlu, 135 min başdan artıq xırdabuynuzlu heyvan var. 13 baytar sahə məntəqəsinin əhatə etdiyi 62 kənddə baytar xidməti həyata keçirilir. 2020-ci ilin epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq hazırda iribuynuzlu heyvanlarda dabaq və nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda isə qarayara xəstəliyinə qarşı profilaktik peyvəndləmə işləri aparılır.
Baytar mütəxəssislər tərəfindən həyata keçirilən ardıcıl profilaktik tədbirlər nəticəsində cari ilin ötən müddətində mal-qara arasında heç bir xüsusi təhlükəli infeksion xəstəlik qeydə alınmayıb, epizootik durum sabitdir və nəzarət altındadır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb