Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Onlayn dərsdə koronavirusların genomu, əsas zülallarının quruluşu və funksiyasından bəhs olunub

Bakı, 23 may, AZƏRTAC

Mayın 22-də Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, moderator, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova iştirakçıları salamlayaraq onlayn dərsin keçirilmə səbəbi ilə bağlı məlumat verib.
“Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi verən professor İsmayıl Zülfüqarov COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, DNT-genomlu viruslar, RNT-genomlu viruslar, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edib.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Elm və təhsil 2020-05-23 12:47:00