Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Misirdə COVID-19 virusundan ölənlərin sayı 707 nəfərə çatıb

Qahirə, 23 may, AZƏRTAC
Misirdə COVID-19 virusundan ölənlərin sayı 707 nəfərə çatıb. Son sutka ərzində bu ölkədə daha 11 pasiyent xəstəlikdən vəfat edib.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 22-də ölkədə COVID-19 virusuna rekord sayda - 783 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 15786 nəfərə çatdığı qeyd olunub. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 157 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 4374 pasiyent tam müalicə olunub.
Bununla yanaşı, Misirin Təhsil naziri Xalid Əbdülqafar bəyan edib ki, ölkədə koronavirusa yoluxma halları daha çox – 71 minə yaxın ola bilər. Onun sözlərinə görə, rəsmi şəkildə qeydə alınmayan virus daşıyıcılarının sayı daha çoxdur.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-05-23 12:27:00