Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçirilib

Bakı, 23 may, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru Ataş V.Qurbanov tələbələr üçün onlayn mühazirə keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda təqdimatla çıxış edən kimya üzrə fəlsəfə doktoru Ataş V.Qurbanov kristallar və kristallik maddə, həndəsi, fiziki və kimyəvi kristalloqrafiya, kristalların forma və daxili quruluşları, rentgenstruktur analiz barəsində ətraflı məlumat verib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan dərs iştirakçıların böyük marağına səbəb olub.
Onlayn mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.

Elm və təhsil 2020-05-23 12:16:00