Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pakistanda baş verən təyyarə qəzasında ölənlərin sayı 97-yə çatıb

Bakı, 23 may, AZƏRTAC

Pakistan Beynəlxalq Hava Yollarına məxsus "Airbus 320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən bildirilib.
Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb. Təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb.
Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub.

Dünya 2020-05-23 11:23:00