Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özbəkistanda koronavirusdan 2492 nəfər sağalıb

Daşkənd, 23 may, АZƏRTAC

Bu günə olan məlumata görə, Özbəkistanda koronavirusdan 2492 nəfər sağalaraq, xəstəxanadan evə buraxılıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki sutka ərzində COVID-19-a yoluxanların sayı 128 xəstə artaraq 3078-ə çatıb. 573 nəfər müalicə olunur, 13 nəfər ölüb.
Cizzak, Qaşqadərya, Fərqanə və Surxandərya vilayətlərindən sonra Buxara vilayəti də koronavirusdan azad region elan olunub.
Ölkədə bu gündən parklar, muzeylər və sərgi salonları öz işini bərpa edib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-05-23 09:48:00