Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“ASAN məktub” layihəsi vasitəsilə yaşı 65-dən yuxarı olan və tənha yaşayan 1044 vətəndaşa yardım edilib

Bakı, 23 may, AZƏRTAC

Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara "ASAN Məktub" layihəsi vasitəsilə göstərilən yardım kampaniyası yekunlaşıb. Müraciətləri www.asanmektub.az saytına yerləşdirilmiş həmin qəbildən olan 1044 vətəndaş zəruri ərzaq məhsulları və dərman vasitələri ilə təmin edilib.
Bu barədə AZƏRTAC-a layihənin rəhbəri Rəbiyyə Cəfərova məlumat verib.
Bildirib ki, ərzaq məhsulları və dərman vasitələri ölkənin 16 şəhər və rayonundan olan ehtiyac sahiblərinə çatdırılıb.
"Bu prosesdə yüksək həssaslıq göstərən, çağırışımıza qoşularaq dəstək olan vətəndaşlara və təşkilatlara dərin minnətdarlığımızı bildiririk", - deyə layihə rəhbəri qeyd edib.

Sosial 2020-05-23 02:06:00