Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının bir ay bu barədə məlumat verməməsi cinayət məsuliyyətinə səbəb olmayacaq

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Prezident İlham Əliyevin imzaladığı yeni qanuna əsasən başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının bir ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Vüsal Hüseynov qeyd edib ki, bu şəxslər bir aylıq müddətin keçməsinə baxmayaraq artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər.
Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər.

Sosial 2020-05-22 22:50:00