Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Pearson VUE” tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

Bakı, 22 may, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzində mayın 18-dən 22-dək müxtəlif ixtisas sahələri üzrə “Pearson VUE” (Virtual University Enterprises) tərəfindən təqdim olunan imtahanlar təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq keçirilib. Həftə ərzində keçirilən imtahanlarda, ümumilikdə 6 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Elm və təhsil 2020-05-22 22:00:00