Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib

Bakı, 22 may, AZƏRTAC
Şahmatın blits növü üzrə onlayn formatda Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi, FIDE ustası Şəhriyar Rəhmanov qalib olub. Yarışa, ümumilikdə, 100-dən çox şahmatçı qatılıb. “Evdə qal, şahmat oyna” devizi altında keçirilən turnir Lichess portalı üzərindən təşkil edilib.

İdman 2020-05-22 21:49:00