Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq

Bakı, 22 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri təşkil ediləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 28 May - Respublika Günü və Ramazan bayramı münasibətilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə mayın 25-28-də adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.
Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Mədəniyyət 2020-05-22 20:36:00