Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanın şərqində zəlzələ olub

Tbilisi, 22 may, AZƏRTAC

Gürcüstanın şərqində, azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar 3,1 bal gücündə Dmanisi şəhərindən 18 kilometr aralıda Soqutlo kəndində qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat olmayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 

Dünya 2020-05-22 20:11:00