×
A
A
A
Sazlamalar

Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 7,4 faizini əsaslı təmir təşkil edib

Bakı, 22 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 5,3 faizini cari təmir, 20,9 faizini isə sair tikinti işləri təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Tikinti̇ 2020-05-22 18:53:00