Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanın Prezidenti Salome Zurabişvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir.
Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğulamaq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik.
Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin.

Hörmətlə,
Salome Zurabişvili
Gürcüstanın Prezidenti

Məktublar 2020-05-22 18:51:00