Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rumıniyada COVID-19-a yoluxanların sayı 17712 nəfərə çatıb

Buxarest, 22 may, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 17712 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 127 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1159 nəfərdir. 10777 nəfər sağalıb. İntensiv terapiyada 200 xəstə yerləşir. Rumıniya ərazisində 8 min 986 nəfər karantində yerləşdirilib, 48 min 643 nəfər evdə təcrid olunub. Koronavirusu aşkar etmək üçün 352 min 647 test həyata keçirilib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-05-22 18:13:00