Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Astarada yeniyetmələr və gənclər arasında onlayn bilik yarışı keçirilib

Astara, 22 may, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında bilik yarışı üzrə fərdi onlayn rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 19 nəfər yeniyetmə və gəncin iştirak etdiyi bilik yarışı Whatsapp şəbəkəsi ilə reallaşdırılıb. İştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi, dövlət atributları, mədəniyyət və digər sahələr barədə, ümumilikdə, 34 sual verilib.
Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələrinə layiq görülüblər.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi başa çatdıqdan sonra qaliblərə mükafatlar təqdim olunacaq.

Regionlar 2020-05-22 18:13:00