×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 406 milyon manatı yaşayış evlərinin tikintisinə sərf edilib

Bakı, 22 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda əsas kapitala 3 milyard 903,5 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalıb. İstifadə olunmuş vəsaitin 2 milyard 622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 59,9 faizini daxili vəsaitlər təşkil edib.

 

Tikinti̇ 2020-05-22 18:11:00