Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xarici müəssisə və təşkilatlar əsas kapitala 1,5 milyard manat yönəldib

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 565,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 371,7 milyon manatı (87,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti̇ 2020-05-22 18:10:00