Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 2,3 dəfə artım olub

Bakı, 22 may, AZƏRTAC

Hazır metal məmulatlarının istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-aprel aylarında 223,3 milyon manatlıq məhsul istehsal olunub. Metallurgiya sənayesində 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 4,4 faiz artım müşahidə edilib.
Dörd ayda sahə üzrə 9 min 453,9 ton qara metallardan sair konstruksiyalar istehsal olunub.

 

Sənaye 2020-05-22 18:06:00