Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hacıqabulda polis koronavirus pandemiyası ilə əlaqədar profilaktiki tədbirləri davam etdirir

Bakı, 22 may, AZƏRTAC 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri mütəmadi olaraq davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə rayon ərazisində maska taxmayan şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, elan olunmuş sanitar rejimin qaydaları izah edilib. Xüsusi olaraq insanların sıx toplaşdıqları ərazilərdə nəzarət gücləndirilib, sosial məsafənin qorunmasının hər bir kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vətəndaşların diqqətinə çatdırılıb. Eləcə də polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanılıb.

 

Sosial 2020-05-22 18:04:00