Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dənizçilər Ramazan bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə ərzaq paylayıblar

Bakı, 22 may, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.
Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.

Sosial 2020-05-22 18:03:00