Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dörd ayda kənd təsərrüfatı məhsulunun dəyəri 1,4 milyard milyon manat olub

Bakı, 22 may, AZƏRTAC 

Yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 415,3 milyon manat təşkil edib ki, onun da 1 milyard 315,9 milyon manatı heyvandarlıq, 99,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 13,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Kənd təsərrüfatı 2020-05-22 17:56:00