Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mingəçevir Uşaq İncəsənət Məktəbi Türkiyədə keçirilmiş beynəlxalq müsabiqədə birincilik qazanıb

Mingəçevir, 22 may, Rauf Hacıyev, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbi Türkiyədə keçirilmiş onlayn beynəlxalq müsabiqədə uğurla iştirak edib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şagirdlərdən Aytac Abbasova Üzeyir Hacıbəylinin bəstəsi olan “Çırpınırdı Qara dəniz”, Bilay İbrahimli isə Xalq mahnısı “Sarı gəlin”i tarda ifa ediblər.
Digər iştirakçılar - Nərmin Osmanova “Sarı gəlin”in musiqisi, Əli Səlimli “Şələqoy” Xalq rəqsi, Samirə Qazaxzadə isə “Mən güləm, gül üzüm” mahnısının melodiyası əsasında özlərinin rəqs bacarıqlarını göstəriblər.
Beynəlxalq müsabiqənin nəticələrinə əsasən məktəbin şagirdlərindən Bilay İbrahimli və Samirə Qazaxzadə müsabiqənin “Grand Prix” diplomu, Aytac Abbasova, Əli Səlimli və Nərmin Osmanova isə birincilik diplomu ilə mükafatlandırılıb.

Regionlar 2020-05-22 17:47:00