Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub

Bakı, 22 may, AZƏRTAC

ABŞ-da Darlinqton trasında NASCAR avtoyürüş seriyasının növbəti mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, güclü yağış səbəbindən yarış finişə 22 dövrə qalmış dayandırılıb. Yarışın qalibi Denni Hemlin olub. Kayl Buş yarışı ikinci, Kevin Harvik isə yarışı üçüncü pillədə başa vurublar.
Ümumu sıralamada K.Harvik 258 xalla birinci pillədə qərarlaşıb. Hesabında 224 xal olan Coul Loqano ikinci, Aleks Bouman isə 219 xalla üçüncüdür.
Növbəti yarış mayın 24-də ABŞ-dakı Şarlot Motor Spidvey trasında təşkil olunacaq.

 

İdman 2020-05-22 17:42:00