Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir

Bakı, 22 may, AZƏRTAC

“Zirə” futbol klubu mövsümün sonunda müqaviləsi başa çatacaq Emil Balayevi komandada saxlamaq istəyir.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi 26 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək.
Azərbaycan millisinin üzvü xarici klubların da maraq dairəsindədir.
Xatırladaq ki, E.Balayev Qazaxıstanın “Tobol” klubundan ayrıldıqdan sonra martın 3-ü “Zirə” ilə müqavilə imzalayıb. O, komandada 1 oyun keçirib.

 

İdman 2020-05-22 17:20:00