Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxda keçmiş məhkum evdən pul oğurlayıb

Bakı, 22 may, AZƏRTAC 

Qazaxda evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 18-də Qazax rayonu ərazisindəki evlərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-22 17:15:00