×
A
A
A
Sazlamalar

2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilsin:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 may 2020-ci il.

Sərəncamlar 2020-05-22 17:07:00