Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Culfa və Kəngərli rayonlarının kitabxana əməkdaşları üçün onlayn təcrübə keçirilib

Naxçıvan, 22 may, AZƏRTAC

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Culfa və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin əməkdaşları üçün onlayn-təcrübə məşğələsi keçiblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmovanın “Abonement və oxu zallarında xidmət işinin təşkili”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərovanın “Metodika və biblioqrafiya şöbəsinin iş prinsipi” mövzularında çıxışları dinlənilib.
Qırx nəfərə yaxın iştirakçının qatıldığı və 80 dəqiqə davam edən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, Mərkəzləşdirilmiş Kitabxana sistemləri əməkdaşlarının sualları cavablandırılıb.

Regionlar 2020-05-22 16:49:00