Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

MOK: Postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan təkliflərlə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş keçirilib.
AZƏRTAC MOK-a istinadla xəbər verir ki, komitənin PR və media məsələləri şöbəsinin təşəbbüsü ilə təşkil olunan video formatında görüşdə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat xidmətləri ilə əməkdaşlığı daha da möhkəmləndirmək və qarşılıqlı informasiya mübadiləsi şəraitində fəaliyyəti davam etdirmək haqqında fikir mübadiləsi aparılıb.
Mətbuat katibləri bu illər ərzində ilk dəfə baş tutan belə bir görüşün birgə fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Qarşılıqlı əməkdaşlığa dair planlar müzakirə olunub.
Postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, MOK və Olimpiya idman növləri üzrə bəzi milli federasiyalar birgə onlayn layihələr gerçəkləşdirə bilər. Layihələrin PR və tanıtımı məqsədilə müştərək çalışmaların aparılması da nəzərdə tutulub.

İdman 2020-05-22 16:40:00