Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Altınbek Mamayusupovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Türk dünyasında ilk respublika olan Azərbaycan Zati-alinizin rəhbərliyi ilə böyük uğurlar qazanaraq gündən-günə inkişaf edir. Əminəm ki, bu davamlı inkişaf yeni nailiyyətlərə yol açacaq.
Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində türkdilli ölkələr arasında əməkdaşlıq daha da dərinləşərək inkişaf etməkdədir. Bu əməkdaşlığa parlamentlərarası səviyyədə töhfəsini verən TÜRKPA Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə minnətdaram.
Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Yüksək hörmət və ehtiramla,

Altınbek Mamayusupov
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi

Məktublar 2020-05-22 16:37:00