×
A
A
A
Sazlamalar

Birinci rübdə idxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

Bakı, 22 may, AZƏRTAC

Yanvar-mart aylarında idxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100,9 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə 123,8 faiz, cari ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövrünə nisbətən isə 125,6 faiz təşkil edib.
Bu ilin mart ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 66,6 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 61,1 faiz, cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən isə 88 faiz olub.

İqtisadiyyat 2020-05-22 16:23:00