Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda quldurluq edən dəstənin üzvləri tutulublar

Bakı, 22 may, AZƏRTAC 

Mayın 20-də Bakı şəhər sakini R.İsgəndərovun 650 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Beyləqan rayon sakini C.Nağıyev, Zəngilan rayon sakini Ş.İsazadə, Şirvan şəhər sakini R.Mirzəyev və Füzuli rayon sakini R.Həsənov Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Mirzəyevin ətrafında aparılmış tədbirlərlə onun “Hyundai” markalı avtomobilindən qundağı kəsilmiş tüfəng, 2 ədəd patron, 1 ədəd kustar üsulla hazırlanmış bıçaq və bir balta aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-05-22 16:01:00