×
A
A
A
Sazlamalar

Cari ildə dəmir yolu ilə sərnişindaşıma 11,9 faiz artıb

Bakı, 22 may, AZƏRTAC

Yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 11,9 faiz artım olub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 317 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 14,5 min ton, qərb istiqaməti üzrə 3,1 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2020-05-22 15:39:00