Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Formula 1 İtaliya Qran-Prisi azarkeşlərin iştirakı ilə keçirilə bilər

Bakı, 22 may, AZƏRTAC

Formula 1 İtaliya Qran-Prisinin təşkilatçıları koronavirus pandemiyasına baxmayaraq, yarışın azarkeşlərlə keçirilməsini istəyirlər.
AZƏRTAC xəbər verir ki, sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan yürüşə bilet satışı davam edir.
Niderlandın “Algemeen Dagblad” nəşrinin məlumatına görə, təşkilatçılar yarışın azarkeşlərin iştirakı ilə keçirilməsi üçün müxtəlif variantlar üzərində işləyirlər.
Qeyd edək ki, İtaliyada 227 min 364 nəfər koronavirus infeksiyasına yoluxub.

İdman 2020-05-22 15:46:00