×
A
A
A
Sazlamalar

Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

Bakı, 22 may, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, aprelin 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 637,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 836,9 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 386,8 milyon manat olub və ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

Maliyyə 2020-05-22 15:44:00