Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib

Bakı, 22 may, AZƏRTAC

Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə çatdırıb. Cənubi amerikalı legioner bir il qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmək istəyir.
İndiyədək “Neftçi”də müxtəlif vaxtlarda iki dəfə oynamış futbolçunun Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin klublarından birinə keçəcəyi gözlənilir.

 

İdman 2020-05-22 15:26:00