Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazax rayon sakininin “Mercedes” markalı avtomobili qaçırılıb

Bakı, 22 may, AZƏRTAC 

Qazax Rayon Polis Şöbəsinə müraciət edən Orta Salahlı kənd sakini A.Xəlilov mayın 21-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazaxbəyli kənd sakini A.Musayev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-05-22 15:21:00