Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bundesliqanın 27-ci və 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq

Bakı, 22 may, AZƏRTAC

Bundesliqanın 27-ci və 28-ci turunun oyunları koronavirusdan ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Futbol Liqasının (DFL) prezidenti Kristian Zayfert deyib.
K.Zayfert bildirib ki, koronavirus infeksiyası çox insanın həyatına son qoyub. DFL olaraq infeksiyadan ölənlərin xatirəsini yad etmək istəyirik. İlk öncə bütün həkimlərə öz minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya çempionatı mayın 16-da bərpa olunub.

 

İdman 2020-05-22 15:06:00