Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 22 may, AZƏRTAC 

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov və qızı, eləcə də E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib. F.Əsədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-05-22 14:41:00